“Azpetrol” şirkəti Xocalı faciəsi qurbanlarının xatirəsini yad edib

“Azpetrol” şirkəti Xocalı faciəsi qurbanlarının xatirəsini yad edib

26.02.2021

“Azpetrol” şirkətinin rəhbərliyi və kollektivi 26 fevral - Xocalı faciəsi qurbanlarının xatirəsinə ehtiramını bildirib. Qanlı faciənin 29-cu il dönümü ilə əlaqədar olaraq “Xocalı harayı” abidəsinin önünə əklil göndərib və soyqırım zamanı həlak olan soydaşlarımızın ruhunu bir dəqiqəlik sükutla anıblar. Allah şəhidlərimizə rəhmət eləsin!