“Caspian Business Award 2016” mükafatı

“Caspian Business Award 2016” mükafatı

09.06.2016

8 iyun 2016-cı il tarixində "Jumeirah Bilgah Beach Hotel Baku"-da 13-cü Beynəlxalq “Caspian Energy Award 2016” və 1-ci Beynəlxalq “Caspian Business Award 2016” mükafatlarının təntənəli təqdimat mərasimi keçirilmişdir. Caspian European klubun qızıl üzvlərindən olan “Azpetrol” şirkəti “Göstərilən xidmətin yüksək keyfiyyətinə görə” nominasiyası üzrə “Caspian Business Award 2016” mükafatına layiq görülmüşdür. “Caspian Energy Award” və “Caspian Business Award” beynəlxalq mükafatları dünyanın 50 ölkəsində keçirilən internet sorğusunun nəticələrinə əsasən, Xəzər, Qara dəniz və Baltik regionlarında iqtisadiyyatının inkişafına verilən töhfələrə görə siyasi xadimlər, dövlət məmurları, diplomatik nümayəndələrə, dövlət və özəl şirkətlərin rəhbərlərinə təqdim olunur. Beynəlxalq “Caspian Energy Award” və “Caspian Business Award” mükafatları Caspian European Club (Caspian Business Club) və Caspian Energy International Media Group-un dəstəyilə keçirilir.