Mingəçevir YDM ilin ən yaxşı yanacaqdoldurma məntəqəsi seçildi

Mingəçevir YDM ilin ən yaxşı yanacaqdoldurma məntəqəsi seçildi

11.03.2016

«Современная АЗС» jurnalının 2015-ci ilin nəticələrinə görə keçirdiyi MDB məkanında “İlin ən yaxşı yanacaqdoldurma məntəqəsi” müsabiqəsində "Azpetrol" şirkətinin Mingəçevir şəhərində yerləşən yanacaqdoldurma məntəqəsi ilin qalibi seçilmişdir. Qalib gəlmiş YDM barədə yazılan ətraflı məqaləni bu link üzərindən oxumaq olar http://www.sovazs.com/showcontest.phtml?id=141.

Xatirladaq ki, 2015-ci il ərzində «Современная АЗС» jurnalı tərəfindən hər ay keçirilən “Ayın yanacaqdoldurma məntəqəsi” müsabiqəsində "Azpetrol" şirkətinin iki məntəqəsi qalib olmuşdur-mart ayında keçirilən müsabiqədə Bakı şəhəri, Heydər Əliyev prospekti 108 ünvanında yerləşən yanacaqdoldurma məntəqəsi, aprel ayında isə yuxarıda adı çəkilən Mingəçevir yanacaq-doldurma məntəqəsi qalib seçilmişdir.