“Azpetrol” şirkəti Bakı Marafonunda iştirak edib.
May ayının 3-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakı Marafonuna start verilib. “Küləyə qalib gəl” şüarı altında doqquzuncu dəfə keçirilən marafonda “Azpetrol” şirkəti də iştirak edib.
2016-cı ildən etibarən təşkil olunan Bakı Marafonunun əsas məqsədi idmanın inkişafına dəstək göstərmək və sağlam həyat tərzini təbliğ etməkdir.
Marafonun start nöqtəsi Dövlət Bayrağı Meydanı, finiş nöqtəsi isə Sea Breeze ərazisi olub. Bu il ilk dəfə olaraq marafon 42 kilometrlik məsafəni əhatə edərək həmin marşrut üzrə keçirilib.
Qalibləri təbrik edir, onlara uğurlar arzulayırıq.
