“Azpetrol” şirkəti “Brand Award International 2026” mükafatına layiq görülüb.
“Azpetrol” şirkəti 5-ci “Brand Award International 2026” qlobal müsabiqəsinin qalibləri sırasında yer alaraq beynəlxalq səviyyəli mükafata layiq görülüb.
“Award Organizers Group” tərəfindən təşkil olunan müsabiqə “Caspian Energy Club” və Azərbaycan Milli Biznes Assosiasiyasının (MİLLİ.BİZ) rəsmi dəstəyi ilə keçirilib. Müsabiqə çərçivəsində müxtəlif iqtisadi sahələrdə fəaliyyət göstərən, bazarda möhkəm mövqeyi və ictimaiyyət arasında tanınması ilə seçilən 50 ticarət markası qalib elan edilib.
“Azpetrol”un qaliblər sırasında yer alması şirkətin ölkənin yanacaq sektorunda tanınan brendlərdən biri kimi mövqeyini bir daha önə çıxarır.
Mükafatlandırma mərasimində Azərbaycanla yanaşı, Xəzər, Qara dəniz və Baltik regionlarını təmsil edən şirkət rəhbərləri, müsabiqənin tərəfdaşları və partnyorları iştirak ediblər. Tədbir beynəlxalq biznes əlaqələrinin genişləndirilməsi, təcrübə mübadiləsi və yeni əməkdaşlıq imkanlarının müzakirəsi üçün şərait yaradıb.
“Azpetrol” şirkəti bu mükafatla nüfuzlu brendlər arasında təmsil olunmaqdan məmnunluq duyur və müştərilərinə keyfiyyətli xidmət göstərmək, onların etimadını doğrultmaq istiqamətində fəaliyyətini davam etdirir.
Qeyd edək ki, 5-ci “Brand Award International 2026” qlobal müsabiqəsində müxtəlif ölkələrdə keçirilən milli və regional “Brand Award” yarışlarının qalibləri iştirak ediblər.
Azpetrol-Daim inkişafa doğru!
Əlaqə: 957
