HAQQIMIZDA

TARİX

1997-ci il iyulun 15-də Bakı şəhərində ilk yanacaqdoldurma məntəqəsinin istismara verilməsi ilə Azərbaycanın iqtisadi məkanına daxil olan "Azpetrol Ltd." MMC-nin əsas fəaliyyəti yanacağın pərakəndə və topdan satışını yanacaqdoldurma və qazdoldurma məntəqələri şəbəkəsi vasitəsilə həyata keçirməkdən ibarətdir.

Hazırda Şirkətin Azərbaycanın əksər iqtisadi zonalarını əhatə etməklə ən müasir avadanlıqlarla təchiz olunmuş 84 yanacaqdoldurma (YDM)5 qazdoldurma məntəqəsi (QDM) fəaliyyət göstərir.

Yanacağın keyfiyyətinin yaxşılaşdırılması və məntəqələrin fasiləsiz yanacaqla təmin edilməsi məqsədilə, 1999-cu ildə "Azpetrol"un müasir standartlara cavab verən Neftbazası istifadəyə verilmişdir. Neftbaza Avropanın qabaqcıl ölkələrində istehsal olunmuş elektron avadanlıqlarla, yanğından mühafizə, təhlükəsizlik və yanacağın keyfiyyətinə nəzarət sistemləri ilə təchiz edilmişdir.

Şirkət yanacağın YDM və QDM-lərə fasiləsiz olaraq və vaxtında çatdırılması məqsədi ilə 1999-cu ildə yanacaqdaşıyan maşınların Avtoparkını istismara vermişdir. Beynəlxalq standartlara uyğun təşkil olunmuş həmin Avtoparkda 120 yanacaq daşıyan avtomobil istənilən vaxt yola çıxmağa hazırdır.

Həmçinin "Azpetrol"un Azərbaycanın ən iri işəgötürənlərindən biri olduğunu xüsusi ilə qeyd etmək vacibdir. Belə ki, hazırda Şirkətdə çalışan işçilərin ümumi sayı 3200 nəfərdən çoxdur.

MİSSİYAMIZ

Yüksək keyfiyyət, halallıq, müştəri məmnunluğunun təmin edilməsi kimi keyfiyyətləri "Azpetrol" şirkəti yarandığı gündən özünün başlıca amalı hesab etmişdir.

"Azpetrol" Şirkəti xüsusi ilə də regionlarda iş yerlərinin açılması hesabına əhalinin məşğulluğunun təmin edilməsini özünün prioritet istiqaməti kimi müəyyənləşdirmişdir.

Tutduğu vəzifədən, malik olduğu səlahiyyətdən asılı olmayaraq əməkdaşlarımızın qarşısında qoyulan başlıca tələb - ciddi nizam-intizam, qarşılıqlı etimad və tələbkarlıq, peşə bilik və bacarıqlarıının daim təkmilləşdirilməsi, müştəri məmnunluğunun təmin edilməsini gündəlik işin şüarına çevrilməsidir.

Biz yeganə deyilik, lakin ən yaxşı olmağa can atırıq.

RƏHBƏRLİK

Məmmədov Ceyhun

Baş direktor

Kərimli Əli

Baş direktorun birinci müavini

Xudaverdiyev Etibar

Baş direktorun müavini

 

NAİLİYYƏTLƏR

  • 2017
  • AVQUST 2017

    2017-ci ilin avqust ayında Azpetrol şirkəti MDB ölkələri üçün dərc olunan «Современная АЗС» (Moskva) jurnalında keçirilən «АЗС месяца» (avqust ayı) müsabiqəsinin qalibi (Mayak-2 YDM-i) olmuşdur.

  • 13 APREL 2017

    13 aprel 2017-ci il tarixində Bakıda “BOULEVARD Hotel Baku”da 14-cü Beynəlxalq “Caspian Energy Award - 2017” Mükafatının və 2-ci Beynəlxalq “Caspian Business Award - 2017” Mükafatının təqdimat mərasimi təşkil edilmişdir. Mükafatların təqdimat mərasimində “İlin Yanacaqdoldurma məntəqələri şəbəkəsi” nominasiyası üzrə “Azpetrol LTD” MMC şirkəti “Caspian Energy Award – 2017” mükafatına layiq görülmüşdür.

  • 2016
  • 09 İYUN 2016

    13-cü Beynəlxalq “Caspian Energy Award 2016” və 1-ci Beynəlxalq “Caspian Business Award 2016” mükafatlarının təntənəli təqdimat mərasimi keçirilmişdir. Caspian European klubun qızıl üzvlərindən olan “Azpetrol” şirkəti “Göstərilən xidmətin yüksək keyfiyyətinə görə” nominasiyası üzrə “Caspian Business Award 2016” mükafatına layiq görülmüşdür.

  • 05 FEVRAL 2016

    2015-ci ilin nəticələrinə görə «Azeri Business Award-2015» Milli Mükafatının təqdimetmə mərasimində Azərbaycanın öndə olan şirkətlərindən 70-dən çox nümayəndə iştirak edib. Onların arasında diplomatlar, aparıcı iş adamları, ölkə iqtisadiyyatının müxtəlif sahələrini təmsil edən menecer və mütəxəssislər olub. Azpetrol şirkəti “Müştəri məmnunluğu və yüksək keyfiyyət” nominasiyasında qalib olub.

  • FEVRAL 2016

    «Современная АЗС» jurnalının 2015-ci ilin sonunda keçirdiyi MDB məkanında «İlin ən yaxşı yanacaqdoldurma məntəqəsi» müsabiqəsində Azpetrol şirkətinin Mingəçevir şəhərində yerləşən “Mingəçevir - 2” yanacaqdoldurma məntəqəsi qalib olmuşdur. Müsabiqənin qalibi Diplomu Şirkətə 2016-cı ilin fevral ayında təqdim olunmuşdur.

  • 2015
  • 16 DEKABR 2015

    “Company of the Year” milli mükafatının 2015-ci ilin yekunları üzrə təqdimat mərasimində Azpetrol şirkəti növbəti dəfə “İlin yanacaqdoldurma məntəqələri şəbəkəsi” nominasiyası üzrə “İlin Şirkəti” mükafatına layiq görülmüşdür.

  • 24 APREL 2015

    “UĞUR” Milli Mükafatının 15-ci təntənəli yubiley təqdimetmə mərasimində 2014-cü ilin nəticələrinə görə, Azpetrol şirkəti “Paytaxtın yaşıllıq kompozisiyasına və ekoloji mühitinə verdiyi töhfələrə görə” nominasiyasında Ugur-2014 mükafatına layıq görülmüşdür.

  • 16-17 APREL 2015

    «Современная АЗС» jurnalının 2015-ci ilin mart ayında keçirdiyi MDB məkanında “Ayın ən yaxşı yanacaqdoldurma məntəqəsi” müsabiqəsində Azpetrol şirkətinin H.Əliyev prospekti 108 ünvanında yerləşən yanacaqdoldurma məntəqəsi qalib olmuşdur. 16-17 aprel tarixlərində Moskva şəhərində “Müasir yanacaqdoldurma məntəqəsi və neftbaza” mövzusunda keçirilən 12-ci beynəlxalq konfrans-sərgidə müsabiqənin qalibi Diplomu Şirkətə təqdim olunmuşdur.

  • 11 MART 2015

    11 mart 2015-ci il tarixində “Four Seasons" mehmanxanasında keçirilən “Caspian Energy Award-2015” mükafatının təqdimat mərasimində Azpetrol şirkəti növbəti dəfə "İlin yanacaqdoldurma məntəqələri şəbəkəsi" nominasiyası üzrə «Caspian Energy Award-2015» mükafatına layiq görülmüşdür.

  • 2014
  • 16 DEKABR 2014

    16 dekabr 2014-cü il tarixində “JW Marriott Hotel Absheron Baku” mehmanxanasında keçirilən “Azeri Business Award” Milli Mükafatının qaliblərinin təqdimat mərasimində Azpetrol şirkəti “Müştəri məmnunluğu və yüksək keyfiyyət” nominasiyası üzrə “Azeri Business Award-2014” Milli mükafatına layiq görülmüşdur.

  • 10 DEKABR 2014

    "Jumeirah Bilgah Beach Hotel"-də “Ilin Şirkəti” mükafatının təqdimetmə mərasimi keçirilmişdir. “Consulting and Business” jurnalı iqtisadiyyat və biznes sahələrində əldə etdikləri uğurlarına görə 2014-cü ilin ən yaxşılarını seçmişdir. Azpetrol şirkəti növbəti dəfə “İlin Yanacaqdoldurma Məntəqələri Şəbəkəsi” nominasiyası üzrə “İlin Şirkəti” mükafatına layiq görülmüşdür.

  • 24-25 OKTYABR 2014

    Paris şəhərində Business Initiatives Directions (BID) Beynəlxalq Keyfiyyət Konvensiyasının dünyanın 51 ölkəsindən olan müxtəlif şirkətlərin nümayəndələrinin iştirakı ilə mükafatlandırma mərasimi keçirilmişdir. Mərasimdə Azərbaycan şirkəti olan Azpetrol xidmətdə yüksək keyfiyyət, liderlik, yeni texnologiya və İnnovasiyaların tətbiqinə və inkişafına görə Diamond kateqoriyasında “World Quality Commitment (WQC) Award-2014” mükafatına layiq görülmüş, Azpetrol şirkətinin Baş direktoru isə “Diamond Circle of Quality Award” mükafatı almışdır.

  • 12 MART 2014

    Bakıda “JW Marriott Absheron” otelində “Caspian Energy Integration Award -2014” beynəlxalq mükafatının 10-cu yubileyi keçirilmişdir. Azpetrol şirkəti “İLİN YANACAQDOLDURMA MƏNTƏQƏLƏRİ ŞƏBƏKƏSİ” nominasiyasında “Caspian Energy Integration Award - 2014” mükafatına layiq görülmüşdür.

  • 2013
  • 14 MAY 2013

    “Qafqaz Baku City Hotel & Residences”-də “Azərbaycan Brendi” adlı mükafatlandırma mərasimi keçirildi. Azpetrol şirkəti “İlin Yanacaq Brendi” nominasiyasında bu mükafata layiq görülmüşdür.

  • 27-28 APREL 2013

    Almaniyanın Frankfurt şəhərində B.İ.D. Beynəlxalq Keyfiyyət Konvensiyasının dünyanın 52 ölkəsindən olan müxtəlif şirkətlərin nümayəndələrinin iştirakı ilə mükafatlandırma mərasimi keçirilmişdir. Mərasimdə Azpetrol Şirkəti keyfiyyət prinsiplərinə ciddi şəkildə əməl edilməsi və göstərdiyi xidmətlərdə yüksək standartlara görə “İnternational Quality Corwn” mükafatına layiq görülmüş və Şirkətin Baş direktoru isə “İlin Sahibkarı” mükafatı ilə təltif edilmişdir.

  • 24 APREL 2013

    “Jumeirah Bilgah Beach Hotel”-də 2012-ci ilin yekunlarına dair “UĞUR” Milli Mükafatının növbəti təqdimetmə mərasimi keçirildi. Mərasimdə Azpetrol şirkəti “Öz sahəsində lider. Yanacaqdoldurma Məntəqələri Şəbəkəsi” nominasiyasında mükafata layiq görülmüşdür.

  • 10-12 APREL 2013

    10-12 aprel 2013-cü il tarixində Avropa Biznes Assambleyası (Europe Business Assembly) və Britaniya Direktorlar İnstitutunun London şəhərində keçirilən Liderlər Sammitində (“Summit of Leaders”) Azpetrol şirkəti və Şirkətin Baş direktoru fəaliyyətində Avropa standartlarına uyğun intellektual və texnoloji yeniliklər tətbiqinə görə “Avropa keyfiyyəti” Beynəlxalq mükafatlarına (European Quality Award) layiq görülmüşdür.

  • 2012
  • 27-28 MAY 2012

    ABŞ-ın Nyu-York şəhərində B.İ.D. Beynəlxalq Keyfiyyət Konvensiyasının keçirdiyi dünyanın 76 ölkəsindən olan müxtəlif sahələrdə uğur qazanmış şirkətlərin keyfiyyət və üstünlüyə görə mükafatlandırma mərasimində Azpetrol şirkəti xidmətdə keyfiyyət, liderlik, yeni texnologiya və innovasiyaların tətbiqinə görə platin kateqoriyasında «International Quality Summit» mükafatına layiq görülmüşdür. Şirkətin Baş direktoru isə “İlin Meneceri” medalı ilə təltif edilmişdir.

  • 4-5 MAY 2012

    BID (Business Initiative Directions) Beynəlxalq Keyfiyyət Konvensiyasının dünyanın 76 ölkəsindən olan müxtəlif şirkətlərin iştirakı ilə mükafatlandırma mərasimində şirkətin Baş direktoru  "Manager of the year" ("İlin Meneceri") medalı ilə  təltif edilmişdir