FƏALİYYƏT

MƏHSULLAR

Hazırda "Azpetrol" şirkəti öz müştərilərinə aşağıdakı yanacaq növlərini təklif edir:

Məhsulun adıQiyməti (ƏDV daxil)
1 A 92 markalı benzin 1,00 AZN
2 Premium Avro 5 markalı benzin 2,00 AZN
3 Dizel 0,80 AZN
4 CNG qaz (Metan) 0.40 AZN
5 Maye qaz (Propan-Butan) 0,65 AZN
6 Elektromobillərin enerji ilə doldurulması Ilk 30 (otuz) dəqiqə - 3,50 AZN
Iikinci 30 (otuz) dəqiqə - 2,20 AZN

Müştərilərə operativ, yüksək səviyyədə, onların ən xırda maraqlarını belə nəzərə almaqla göstərilən xidmət, düzgünlük və halallıq Şirkətin digər analoji xidmət göstərən müəssisələrdən fərqləndirən ən başlıca keyfiyyətlərdəndir.



ƏSAS

Xidmət şəbəkəsi

Özünüzə yaxın ən uyğun məntəqəmizi tapın.


ƏTRAFLI

ƏSAS XİDMƏTLƏR

Nağd hesablaşmalar

"Azpetrol" şirkəti müştərilərə 24/7 rejimində operativ, yüksək səviyyədə, onların ən xırda maraqlarını belə nəzərə almaqla yanacağın nağd satışını həyata keçirir. Bunun üçün Şirkətin Azərbaycan üzrə geniş xidmət şəbəkəsi –son texnoloji tələblərə uyğun, rahat və müasir 100 yanacaqdoldurma (benzin və dizel), 4 maye qazdoldurma (Propan-Butan) məntəqəsi  fəaliyyət göstərir.

Topdan satış

"Azpetrol" şirkəti yanacağın pərakəndə satışı ilə bərabər şirkətə məxsus müxtəlif ərazilərdə yerləşən Neftbazalar vasitəsi ilə neft məhsullarının topdan satışını da həyata keçirir. Bu məqsədlə "Azpetrol" şirkəti yanacağın topdan sifarişi üçün xüsusi proqram təminatını istifadəyə vermişdir.

 

 

XİDMƏTƏ KEÇ

Nağdsız hesablaşmalar

"Azpetrol" şirkəti müştərilərə 24/7 rejimində operativ, yüksək səviyyədə, onların ən xırda maraqlarını belə nəzərə almaqla yanacağın nağdsız satışını həyata keçirir.

Azpetrol kartları ilə

Bu sistemin, birdəfəlik yanacaq talonlarından üstünlüyü ondan ibarətdir ki, plastik kartlardan dəfələrlə istifadə etmək mümkündür.

ƏTRAFLI XİDMƏTƏ KEÇ1  YENİ SYSTEM
Bank kartları ilə

"Azpetrol" şirkəti YDM-lərdə quraşdırılmış müxtəlif banklara məxsus pos-terminallar vasitəsi ilə hər növ kartlarla yanacağın satışını həyata keçirir.

 
Elektron Talon xidməti

Müştərilərin istəklərini nəzərə alaraq Şirkət smart kart sistemi ilə  bərabər elektron talon (ET) xidmətini də istifadəyə vermişdir.

Onlayn kart sifarişı

Yanacaq kartlarını sifariş etməklə yanacağa sərf olunan xərcləri optimallaşdırmış və effektiv nəzarət mexanizminə sahib olmuş olursunuz. 

ƏTRAFLI XİDMƏTƏ KEÇ
 

Elektromobil

Elektromobil - elektrik enerjisi ilə işləyən bir və ya bir neçə mühərrikdən ibarət avtomobildir. İlk praktiki elektrik avtomobili 1880-ci illərdə istehsal edilmişdi. Elektrik avtomobilləri 19-cu əsrin axırları və 20-ci əsrin əvvəlləri populyar olsa da, daxili yanma mühərriklərinin inkişafı və kütləvi ucuz benzin istehsalı elektrik avtomobillərinin istifadəsinin azalmasına səbəb olmuşdu. 2008-ci ildən etibarən batareyaların inkişafı, neft qiymətlərinin daha da bahalanma qayğıları və havaya buraxılan zəhərli qazların azaldılması istəyi elektrik avtomobillərinin istehsalında yeni bir dalğa yaratdı. Çoxlu ölkə və yerli hökumətlər elektrik maşınlarının kütləviləşməsi üçün güzəştli kreditlər, vergi güzəştləri və s. tətbiq etməyə başladılar. 2015-ci ilin dekabr ayına olan məlumata görə 30-dan çox elektrik avtomobil modeli mövcuddur. 2016-cı ilin sentyabrına olan məlumata görə elektrik avtomobillərinin qlobal satış sayı 1 milyon ədədi keçmişdi.

ƏTRAFLI
 

ƏLAQƏLİ XİDMƏTLƏR

Kafe

"Azpetrol" YDM-də fəaliyyət göstərən kafelərimizdə siz bir fincan çay içərək dincələ bilərsiniz.

ƏTRAFLI

Market

"Azpetrol" YDM-də fəaliyyət göstərən Marketlərdən istədiyiniz alış-verişinizi edə bilərsiniz.

ƏTRAFLI

Avtoyuma

Avtomobilinizin təmizliyini YDM-də bizim peşəkar yuyucularımıza etibar edə bilərsiniz.

ƏTRAFLI

Motel

Azərbaycanın bir çox rayon və şəhərlərində yerləşən, yüksək səviyyədə xidmət göstərən Motellərimiz xidmətinizdədir.

ƏTRAFLI

Hotel

Yüksək səviyyədə xidmət göstərən beşulduzlu Wyndham Garden Baku oteli xidmətinizdədir.

ƏTRAFLI