“Azpetrol” şirkəti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib.

“Azpetrol” şirkəti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib.

10.05.2024

"Azpetrol" şirkətinin Baş Direktoru Ceyhun Məmmədov və şirkətin kollektivi, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə Fəxri Xiyabandakı məzarını ziyarət edərək, önünə əklil qoymuş və dahi şəxsiyyətin ruhunu bir dəqiqəlik sükutla yad ediblər. Daha sonra şirkət rəhbərliyi Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da məzarı üzərinə gül dəstələri qoyublar. Allah rəhmət eləsin!